Sosial şəbəkədə biz:

İcra başçısının sabiq müavini və onun tanışı ilə bağlı şikayətə baxılacaq

İcra başçısının sabiq müavini və onun tanışı ilə bağlı şikayətə baxılacaq
Xəbər Şəkli
25 November 2026, 08:46
Sosial

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

Şikayət hakim İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.  

Qeyd: Bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Vəfa Allahverdiyeva Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. Cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyev tanınıb.

İttihama görə, təqsirləndirilən şəxslər Cavanşir Məmmədəliyevi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 000 manat pulunu alıblar.

Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib.

Vəfa Allahverdiyeva barəsində istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iş üzrə dəymiş zərər tam ödənildiyindən Vəfa Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, cinayət işinə xitam verilib. Digər təqsirləndirilən Təranə Bağırova isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Pravda.az