Sosial şəbəkədə biz:

Məmur oğlu azadlığa çıxdı

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərovun oğlu həbs olunub. APA-nın məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov mart ayının 22-də saat 16.00 radələrində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu zaman o, polisə sənəd təqdim etməkdən imtina edib. Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol