Sosial şəbəkədə biz:

Ziya Məmmədovun qardaşı yeni qatarların şərəfinə şampan sındırdı

“Uralvaqonzavod” Azərbaycanın sifariş etdiyi vaqonların ilk hissəsini göndərir. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün müqavilənin detallarını danışmaq üçün “Azərbaycan Dəmir Yoları”nın nümayəndələri şirkətin baş direktoru Oleq Sienko ilə görüşüblər. Görüş bu yaxınlarda “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif model yük vaqonlarının alış-satışı ilə bağlı imzalanana müqavilənin reallaşdırılması çərçivəsində baş tutub. Artıq sifariş olunan vaqonların ilk hissəsi iki həftə sonra Azərbaycana göndəriləcək. Azərbaycan nümayəndə heyəti yeni vaqonlarla tanış olublar, həmçinin Oleq Sienko və millət vəkili Elton Məmmədov göndərilməsi nəzərdə tutulan vaqonların biri üzərində şampan şüşəsi sındırıblar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol