Sosial şəbəkədə biz:

Ermənistanda Türkiyədən pomidor idxalına etiraz - (Fotolar)

Ermənistanın kiçik sahibkarları - istixana sahibləri bu gün hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. APA-nın news.am saytına istinadən xəbərinə görə, onlar Türkiyədən pomidor idxal etməmək tələbini irəli sürüblər. Onlar bildiriblər ki, türk pomidorlarının idxalı və qiymətin eyni olması səbəbindən yerli sahibkarlar öz mallarını sata bilmirlər: "Mavi yanacağa, gübrələrin, paketlərin alınmasına xeyli pul xərcləyirik, son nəticədə isə uduzmağa məhkumuq". Kənd təsərrüfatı naziri Serqo Karapetyan 12 istixana sahibini qəbul edib və problemin həll ediləcəyinə söz verib.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol