Sosial şəbəkədə biz:

Ramil Usubovdan iki yeni rəis təyinatı

30 March 2015, 23:18
Gündəm
Daxili işlər naziri Ramil Usubov bu gün yeni təyinatlarla bağlı iki əmr imzalayıb.  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əmrlər Nərimanov Rayon Polis İdarəsinə şamil olunub. Nərimanov RPİ 18-ci polis bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı polis bölməsinə rəis təyin olunub. Nərimanov RPİ 16-cı polis bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb. Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur.