Sosial şəbəkədə biz:

Bakının bəzi yollarında sürət həddi azaldıldı

Paytaxtda bəzi yollarda sürət həddi azaldılıb. Bunu "Trend"-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. P.Mürsəliyev qeyd edib ki, Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti azaldılıb: “Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100km/saat-dan 80-ə, 80km/saatdan 60-a endirilib. Bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilib. Sürət həddinin azaldılmasına səbəb metereoloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol