Sosial şəbəkədə biz:

Atası azərbaycanlı, anası erməni olan rejissorun filmi Rusiya ekranlarına çıxır - VİDEO

Azərbaycan əsilli Rusiya yumoristi və şoumeni Tahir Məmmədovun rejissor kimi ilk debütü “Qadınlar kişilərə qarşı” komediya filmi sabahdan bütün Rusiya kinoteatrlarında nümayiş olunacaq. Modern.azRusiya mətbuatına istinadən xəbər verir ki, 50 milyon rubl büdcəsi olan film kəskin ifadələrə görə kinoteatrlarda yalnız 18 yaşı tamam olan şəxslər üçün nümayiş olunacaq. 1981-ci ildə Bakıda azərbaycanlı ata və erməni ananın ailəsində anadan olan Tahir Məmmədov 1989-cu ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb. O, Rusiyanın ən populyar yumor verilişi “Comedy Club” və bir neçə televiziya layihəsində çıxışı ilə yadda qalıb. Modern.az Azərbaycan əsilli Rusiya məşhurunun çəkdiyi filmin treylerini təqdim edir.   https://youtu.be/tbGpnk4B6uI


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol