Sosial şəbəkədə biz:

Dövlət çevrilişində ittiham olunan 236 nəfər bəraət aldı

İstanbul məhkəməsi vəkillərin vəsadətlərini təmin edərək "Gürz" ("Balyoz") dövlət çevrilişi planı haqqında iş üzrə 236 nəfərə bəraət verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bəraət almışlar arasında sabiq yüksək rütbəli hərbçilər, siyasətçilər və jurnalistlərin adı var. Antalyanın 4-cü ağır cinayətlər məhkəməsi istintaqa cəlb olunanların günahlarının sübuta yetirilmədiyini, əvvəl təqdim olunan dəlil-sübutların hökm çıxarmaq üçün kifayət etmədiyini qərara alıb. Xatırladaq ki, "Balyoz" işi üzrə hökm 2012-ci ildə verilmişdi. Məhkəmə prosesində ümumilikdə 365 nəfər keçib, onlardan 250 nəfəri həbs edilmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol