Kürd referendumunun keçirilməsində iştirak edən məmurlar işdən çıxarılacaq
İraq Parlamentində Kürd muxtariyyətinin müstəqilliyi referendumunda iştirak edən kürd məmurlarının işdən kənarlaşdırılması məsələsi müzakirə olunub.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar qəbul edilərsə referendumda iştirak etmiş, dövlət və hökumət orqanlarında, eləcə də təhlükəsizlik qurumlarında çalışan kürd məmurlar istefaya göndəriləcək.
Maraqlıdır ki, parlamentdəki kürd fraksiyası sessiyaları boykot edir və iclasa qatılmayıb.