Sosial şəbəkədə biz:

Azərbaycanda kişi elmləri doktoru qadınlardan beş dəfə çoxdur –Statistika

25 September 2017, 22:22
Gündəm
Azərbaycanda qadın elmlər doktorlarının sayı 453 nəfərdir. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə 2 067 kişi elmlər doktoru var. Qadın fəlsəfə doktorlarının sayı da kişilərdən daha azdır. Ötən il ölkə üzrə 5 179 qadın, 6 359 kişi fəlsəfə doktoru qeydə alınıb. Azərbaycanda ötən il parlamentdə təmsil olunanların 83,9 faizini kişilər, 16,1 faizini isə qadınlar təşkil edib.