Sosial şəbəkədə biz:

Hacı Nuran: ”Daha taqətim qalmayıb”

Almaniyada yenidən müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynovun səhhəti pisləşib. Axar.az-ın məlumatına görə, özü İnstaqram səhifəsində yazıb. Aparıcı hətta dostları ilə vidalaşdığını da vurğulayıb: “Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım.   Bakıdan, Almaniyadan, Avstraliyadan, Belçikadan, Fransadan, Hollandiyadan, İsveçdən və uzaq Rusiyadan gələn, vaxt tapıb məni ziyarət edən dostlarıma çox minnətdaram”. Qeyd edək ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol