Sosial şəbəkədə biz:

Elza Seyidcahandan yeni şeir: "Kəfini yedim"

26 September 2017, 12:42
Gündəm
Əməkdar artist Elza Seyidcahan yeni şeiri AZXEBER.COM xəbər verir ki, hər zaman maraqlı şeirləri ilə gündəmə gələn Elza Seyidcahan bu dəfə ənənəyə sadiq qalıb. O "Deşik-deşik dünya" adlı yeni şeirini sosial şəbəkədə oxucularına təqdim edib. Həmin şeiri təqdim edirik: "Deşik-deşik dünyaya" Qazanım daşdı Kəfini yedim Qapağın açdım Üzünü yedim. Qarışdırıb içini yedim Yedim, yedim Dibini yedim. Qazıb qazıb. Deşdim dibini Qazanın. Kəfkirim azıb. Dibi deşik qazandan Çıxdı havaya, Mən də baxdım Kəfkirdən Deşik-deşik dünyaya. Qonaq olduq Həsrətini çəkdiyim Röyaya. Buzlanmış Şaxtadan beynim İşti şorbayadır meylim. Köhnə saat kəfkiri Çalırdı tamam. Təzə dərdin yaşları Burnumdan daman. Günahları içimdə Mən boğan adam. Köhnə saat kəfkiri Vur, vur Vur əqrəbi Çalsın, çalsın. Saniyələr səs salsın Burnum axır Fürsət baxır, Köhnə çaxır Vaxt yetişir Kəfkir vurur tamamı, Əqrəb çalır zamanı Səs düşəndə axanı Çəkin, udun Silin, atın Burnunuzdan pisləri Köhnə saat kəfkiri Görür hissləri Örtür bizləri.