Sosial şəbəkədə biz:

Direktor müavini tutduğu vəzifədən azad olunub - Mədəniyyət və Turizm Nazirliyində dəyişiklik

26 September 2017, 15:07
Gündəm
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Zeynalova Əfşan Qeysər qızı tutduğu vəzifədən azad olunub.
Bu barədə Mia.az-a adıçəkilən qurumdan məlumat verilib.
Məumatda bildirilib ki, idarənin tabeliyində olan musiqi məktəblərində yeni 2017-2018-ci tədris ilində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri aparılır.