Sosial şəbəkədə biz:

Qəzada ölən uşaqlar bu məktəbdə oxuyurmuş

27 September 2017, 15:31
Gündəm
Dünən baş verən dəhşətli qəzada dünyasını dəyişən 3 nəfər Qax rayonunun Baydarlı kənd tam orta məktəbinin şagirdləri olub. Qafqazinfo  xəbər verir ki, Turanə Kazımova 10-cu, Sahib Bayramlı 9-cu, qardaşı Cavid Bayramlı isə 7-ci sinif şagirdləri olub. Onlar valideynləri ilə birlikdə Bakıdan Qaxa gedirdilər. Xatırladaq ki, dünən axşam saatlarında İsmayıllı rayonunun Topçu kəndində  dəhşətli yol qəzası baş verib. Qəzada 3-ü azyaşlı olmaqla 7 nəfər dünyasını dəyişib.