Sosial şəbəkədə biz:

“Referendumun keçirilməsi ciddi səhvdir” - Cavad Zərif

28 September 2017, 10:05
Gündəm
İran İraq kürdlərinin keçirdiyi referendumu ciddi səhv kimi qiymətləndirib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran XİN rəhbəri Mohammed Cavad Zərif bildirib. “Düşünürük ki, bu ciddi səhvdir. Biz kürdlərin daimi dostu olaraq qalırıq. Ancaq referendumun strateji səhv hesab edirik”,- deyə Nazir vurğulayıb. Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Regional Hökuməti müstəqillik üçün referendum keçirib. Səsvermənin nəticələrinə əsasən 92,73 faiz seçici İraqdan ayrılmağın leyhinə səs verib.