Batumi su altında qaldı - Video
Gürcüstanın kurort şəhəri Batumidə cəmi bir neçə saat ərzində yağan leysan yağışlar və dörd ballıq güclü külək şəhərin yarısını işıqsız qoyub, evlər su altında qalıb. Axar.az rus mətbuatına istinadən xəbər verir ki, Tiflis və Kutaisi şəhərlərindən Batumiyə xilasedici briqadalar və xüsusi texnika göndərilib. İnsanlar su basmış küçələrdə, binaların birinci mərtəbələrində və mağazalarda çıxılmaz vəziyyətdə qaldıqlarından şikayətlənib. Şəhərin ətrafında Batumidən çıxmağa çalışan yüzlərlə maşın tıxac əmələ gətirib. Şəhər meri hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və patrul polisləri vəziyyəti nəzarət altında saxlayır. Təcili yardım və bələdiyyə nəqliyyatı problemsiz çalışır. Əlimizdə olan texnika işlərin aparılması üçün tam kifayət edir. Ehtiyac olarsa, əlavə qüvvələr işə cəlb olunacaq. Qeyd edək ki, yerli xilasedicilər yardım üçün 90 zəng qəbul edib.