Sosial şəbəkədə biz:

İşdən çıxarılan xanım müavinin yerinə təyinat

28 September 2017, 15:11
Gündəm
Biləsuvar Rayon İcra Hakimiyyətində yeni təyinat olub.  "Qafqazinfo" xəbər verir ki, icra başçısı Mahir Quliyev Ləman Cəbrayıl qızı Yüzbaşovanı özünə müavin təyin edib. O, eyni zamanda ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiridir. Qeyd edək ki, L. Yüzbaşova əvvəl İH-də baş məsləhətçi işləyib. Xatırladaq ki, başçının eks-müavini Xəyalə Qəmbərova bir müddət əvvəl vəzifəsindən azad olunub.