Sosial şəbəkədə biz:

Bakıda yeni dayanacaq pavilyonları quraşdırılacaq

29 September 2017, 15:25
Gündəm
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda iri və orta dayanacaq pavilyonlarının quraşdırılmasına 5 mln. 765,919 min manat yönəltməyi planlaşdırır. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iri dayanacaq pavilyonlarının quraşdırılmasının təşkili ilə "SAR Qrup" MMC məşğul olacaq. Bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 mln. 49,71 min manatdır. Bundan əlavə, orta dayanacaq pavilyonlarının quraşdırılmasını da "SAR Qrup" həyata keçirəcək. BNA ilə "SAR Qrup" arasında imzalanan müqavilənin dəyəri 2 mln. 518,71 min manat təşkil edir.