Sosial şəbəkədə biz:

Leyla Şıxlinskaya klinikasının fəaliyyəti bərpa olunur?

26 August 2015, 17:08
Gündəm
Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin bərpa olunması ilə bağlı təkliflər sözügedən xəstəxanaya göndərilib. "Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. Onun sözlərinə görə, nazirlik təkliflərə cavab gözləyir: "Biz Leyla Şixlinskaya klinikasına təkliflər paketi göndərmişik. Yaxın vaxtlarda onlar bizə cavab verməlidirlər. Bundan sonra klinikanın fəaliyyətinin bərpa olunub-olunmayacağı bilinəcək". Qeyd edək ki, bir müddət əvvəl Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin dayandırılması haqqında məlumat yayılıb. Məlumata əsasən, sözügedən klinikaya növbəti fəaliyyət üçün lisenziya verilməyib.