Sosial şəbəkədə biz:

Bakıda kütləvi dava: saxlanılanlar var

29 September 2017, 21:27
Gündəm
Bakıda kafedə kütləvi dava-dalaş olub.  Azinforum.az lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki "Dəli Kür" kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alıb. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində davada iştirak edən 1994-cü il təvəllüdlü Həsən Ağayevlə 1995-ci ildə anadan olmuş Elvin Əliyev tutulub. Onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.