Sosial şəbəkədə biz:

"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlandı

01 October 2017, 14:58
Gündəm
“Sədərək” və “Binə” ticarət mərkəzləri bu gün fəaliyyətini dayandırıb. A24.az bildirir ki, hazırda həmin ərazilərdə insan sıxlığı müşahidə edilir. Ticarət mərkəzlərinin önünə polislər toplaşıb. Onların sözlərinə görə, Aşura günü ilə əlaqədar işçilər gəlməyiblər. Məsələnin diqqət çəkən tərəfi isə həmin ərazilərə avtobusların işləməsidir. Əhaliyə bununla bağlı hər hansı xəbərdarlıq olunmayıb. Sözügedən ticarət mərkəzlərinə gələn insanlar oradan da geri qaytarılır.