Serbiya yığması Avropa Çemionatının qalibi oldu
Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatının final görüşü keçirilib.
Qeyd edək ki, qızıl medal uğrunda Hollandiya milli komandası ilə Serbiya yığması qarşılaşıb. Oyun 1:3 hesabı ilə Serbiya voleybolçularının xeyrinə bitib.
Beləliklə, Serbiya voleybolçuları Avropa çempionatının qızıl medallarına sahib olublar. Hollandiya milli komandası isə çempionatıın gümüş medalları ilə kifayətlənib.