Sosial şəbəkədə biz:

Las-Veqasda atışmada 20-dən çox insan ölüb, 100-dən çox yaralı var- (VİDEO-FOTOLAR)

02 October 2017, 13:30
Gündəm
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var. APA-nın "Röyters" agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib. *** Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib. APA-nın məlumatına görə, bu barədə “Reuters” yerli xəstəxanaya istinadən xəbər yayıb. Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir. Hadisənin törədən şəxsin axtarışları davam etdirilir. *** Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub. APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, "Mandalay Bay Casino" ətrafında baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub. Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb. Faktla bağlı araşdırma başladılıb.