Sosial şəbəkədə biz:

Azərbaycanda dollar limitlə satılacaq

Ötən gündən etibarən Azərbaycan bankları valyuta dəyişmə məntəqələrində xarici valyutanın satışına limiti artırıb. Azinforum.az-ın "Trend"-ə istinadən məlumatına görə, bəzi kredit müəssisələri dolların alış limitini 2 mindən 5 min dollara kimi artırıb, başqaları isə limitsiz həcmdə valyuta dəyişməyə başlayıb. Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən məlumata əsasən, AMB tərəfindən xarici valyutanın satışına heç bir limit qoyulmayıb: “Bu hər bir bankın daxili qərarıdır”. Qonşu ölkələrdə devalvasiya proseslərinin səbəb olduğu ajiotajı və nağd xarici valyuta defisitini aradan qaldırmaq üçün AMB bankların dollar tələbatını lazımi həcmdə təmin edir. Qeyd edək ki, AMB sərəncamında olan valyuta ehtiyatlarının azalmasına rəğmən, manatın məzənnəsini sabit saxlamağa çalışır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol