Sosial şəbəkədə biz:

Ramin Quluzadə əmr verdi – Baş mühəndis rəis təyin olundu

03 October 2017, 11:36
Gündəm
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə kadr dəyişikliyi edib. Mia.az-a daxil olan məlumata görə, nazirin əmri ilə Şamaxı Telekommunikasiya Qovşağına yeni rəis təyin olunub. Belə ki, nazir Sumqayıt Telekommunikasiya Qovşağının baş mühəndisi Azər Əliyevi Şamaxıya TKQ-na rəis göndərib. Qeyd edək ki, Azər Əliyev unun illər Sumqayıt Telekommunikasiya Qovşağının baş mühəndisi vəzifəsində çalışıb.