Sosial şəbəkədə biz:

Həbs edilmiş nazirin 4 mənzili, 3 imarəti və 3 iri torpaq sahəsi üzə çıxdı

03 October 2017, 15:36
Gündəm
Moskvada həbs edilmiş keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin davam edən məhkəmə prosesində bu gün prokuror məmurun üzə çıxarılmış əmlaklarının siyahısını açıqlayıb. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, 2 milyon dolar rüşvət alarkən tutulmuş A.Ulyukayevin əmlakları aşağıdakılardır: - Moskvada mənzillər: 2 ədəd 2 otaqlı, 1 ədəd 4 otaqlı və 1 ədəd 5 otaqlı; - Moskva vilayətinin Ramenskoye rayonunda imarət və torpaq sahəsi; - Smolensk şəhəri yaxınlığında imarət və kənd təsərrüfatı torpaqları; - Krımın Yalta şəhərində imarət və torpaq sahəsi. Bundan əlavə, nazirin “Sberbank”da depozit hesabı var. Hesabdakı məbləğ açıqlanmır.