Sosial şəbəkədə biz:

Kərkük ətrafında 35 kənd azad edildi

03 October 2017, 20:26
Gündəm
İraqın Kərkük şəhərinin cənub-qərbindəki Haviya bölgəsində 35 kənd terrorçulardan azad edilib. Bu barədə məlumatı İraq Jurnalistlər Birliyinin üzvü Əhməd Əlhüseyn Axar.az-a verib. Haviya Qurtuluş Ordusunun komandiri general-leytenant Əbdül Əmir Rəşid əl-Yarallahın sözlərinə görə, antiterror qüvvələrinin keçirdiyi əməliyyatın ikinci mərhələsində yaşayış əraziləri terrorçulardan tam azad edilib. Xatırladaq ki, antiterror əməliyyatları bir neçə gün öncə start götürmüşdü.