Sosial şəbəkədə biz:

Ukraynadakı yanğında ölən azərbaycanlıların adları məlum oldu - SİYAHI

03 October 2017, 20:58
Gündəm
Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub. Bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur. Xatırladaq ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın da olduğu 4 nəfər isə xilas edilib. Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir. Ölən 4 azərbaycanlının meyiti sabah vətənə yola salınacaq. Bu barədə APA-ya Zaporojye azərbaycanlıları cəmiyyətinin sədri Həbib Həsənli bildirib. Azərbaycan diasporunun köməyi ilə ölən azərbaycanlılarla bağlı lazımi sənədlər hazırlanıb və onların vətənə göndərilməsi üçün hər cür tədarük görülüb.