Sosial şəbəkədə biz:

PKK Naxçıvanla sərhəddə polisləri güllələdi

PKK silahlıları Türkiyənin İğdır bölgəsinin Naxçıvanla sərhəddə yerləşən Dilucu sərhəd buraxılış məntəqəsində polisləri aparan maşına silahlı hücum ediblər. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb. Hücumdan sonra silahlılar hadisə yerindən qaçıblar. Əraziyə xeyli sayda hərbçi, polis dəstələri cəlb olunub. PKK üzvlərini ələ keçirmək üçün əməliyyatlar davam edir. Yaralı polislər İğdır Dövlət Xəstəxanasına aparılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol