Sosial şəbəkədə biz:

"Putinin əlində nüvə bombasından daha güclü silah var"

03 October 2017, 23:18
Gündəm
Qərb ölkələri ilə münasibətləri gərginləşən Rusiya hərbi xərclərini ikiqat artırıb. Britaniya mətbuatının xəbərinə görə, Rusiya dünyada misli görülməyən yeni növ silah istehsal edib. Radio-elektron adlanan bu silah nüvə bombasından daha güclüdür. "British Daily Star" qəzeti yazır ki, sözügedən silah istənilən ordunu neytrallaşdırmağa qadirdir. Üstəlik 7 kilometrlik məsafədə düşmən qüvvələrinin elektron qurğularını təsirsiz hala sala bilir. Radio-elektronun ən güclü xüsusiyyətlərindən biri də odur ki, tankların nəzarət sistemlərini sıradan çıxarma gücünə malikdir.