Sosial şəbəkədə biz:

Yağış nə vaxt dayanacaq?

04 October 2017, 09:53
Gündəm
Bu gün axşam saatlarında Bakıya yağan yağış dayanacaq. “Qafqazinfo” xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb. Xəbərdə bildirilir ki, gündüz arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Azərbaycanın rayonlarında isə yağışın davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılıb.