Sosial şəbəkədə biz:

Selfi çəkmək tələbələrin ölümünə səbəb oldu

04 October 2017, 09:54
Gündəm
Hindistanın Kartana ştatında 3 tələbə selfi çəkərkən qatarın altında qalıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb. Məlumata əsasən, polis artıq iki oğlanın şəxsiyyətini müəyyən edib. Onlar Banqalordakı Milli Kollecin tələbələri olublar. İlkin məlumata görə, ölən tələbələr selfi çəkərkən qatarla aralarındakı məsafəni düzgün hesablaya bilməyiblər və qatarın altında qalıblar. Faktla bağlı araşdırmalar davam edir.