Sosial şəbəkədə biz:

Azərbaycan iqtisadiyyatı 1% artacaq – AİB

04 October 2017, 20:53
Gündəm
2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,3% azalacaq. “APA-Economics” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov bildirib. Bundan öncə ADB cari ildə Azərbaycanda ÜDM-in 1,1% azalacağını proqnozlaşdırıb. Nümayəndəlik rəhbərinin sözlərinə görə, iqtisadi azalmanın əsas səbəbi neftin ucuzlaşmasıdır. “İqtisadi azalmanın əsas səbəbi neft hasilatının azalmasıdır. Belə ki, 2017-ci ilin ilk yarısında ölkədə neft hasilatı 9% azalıb. Bu isə ötən ilin analoji dövründə müşahidə etdiyimiz azalmadan 0,4% çoxdur”, – deyə o bildirib. Bununla yanaşı, N. Manapbekov hesab edir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək: “2018-ci ildə “Şahdəniz-2″ yatağından hasilata başlanması və özəl sektorun sağlamlaşdırılması fonunda iqtisadi artım müşahidə olunacaq”. Onun fikrincə, gələn il Azərbaycanda ÜDM 1% artacaq. ADB rəsmisi qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyanı alqışlayıb. Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda inflyasiya 14% səviyyəsində olacaq. Bundan öncə proqnoz 9% olub.