Sosial şəbəkədə biz:

Dahi rejissora zorlama ittihamı

04 October 2017, 21:04
Gündəm
Məşhur rejissor Roman Polanski ilə bağlı zorlama ittihamı irəli sürülüb. Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, İsveçrə prokurorluğuna bu barədə şikayət ərizəsi yazılıb. Şikayət 61 yaşlı Renat Lenqer tərəfindən edilib. Onun sözlərinə görə, təcavüz 1972-ci ildə baş verib. Prokurorluq məsələylə bağlı araşdırmaya başlayıb və şikayətin əsaslı olduğu təsdiq olunduğu təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirilib. Xatırladaq ki, avqust ayında yenə Polanski haqqında zorlama ittihamı irəli sürülmüşdü.