“Report”un məlumatına görə, hadisə rayonun Zəyəm Çırdaxan kəndində baş verib. Belə ki, naməlum maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar. Naməlum şəxslər evdən 10 000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar. Fakla bağlı hüquq-mühafizə orqanı araşdırma aparır.