Sosial şəbəkədə biz:

"Bərzani geri addım atacaq, yoxsa cəzasını da çəkəcək" - Ərdoğandan daha bir xəbərdarlıq

05 October 2017, 13:52
Gündəm
"Rəsmi Ərbil sərxoş olduğu üçün nə etdiyini bilmir".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Referendumun keçirilməsinə zəmin yaradanlar bunun cəzasını çəkəcəklər. Bərzani geri addım atacaq, referendumu ləğv edəcək. Onsuz da referendum qanuni deyil. Bu işi özləri bitirməlidirlər. Əks təqdirdə müəyyən vaxt ərzində qəti addımlar atmağa məcbur olacağıq”,- Ərdoğan bildirib/Axar.az