Sosial şəbəkədə biz:

Bayraq Meydanının həbsdə olan sabiq rəisindən yeni xəbər var

28 August 2015, 14:18
Gündəm
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Dövlət Bayraq Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovla görüşüb. Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan R. Məmmədovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur: “Rəşad Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əssən təqsirli bilinir. Özünü günahkar bilir. Bizimlə söhbət zamanı söylədi ki, məhkəmə zamanı dəymiş ziyanı ödəməyə çalışacaq ki, cəzası yüngül olsun”.