Sosial şəbəkədə biz:

Ürək və damarların təbii dərmanını yaxından tanıyın

08 October 2017, 15:25
Gündəm
Tərxun (estraqon) bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Tərxunun ürək və damarların sağlamlığı üçün mühüm faydaları ilə tanış olun. Tərxun C və P vitaminlərlə zəngindir. C vitamini tərxunda az qala sitrus meyvələrində olduğu qədərdir. Digər faydalı xüsusiyyətlərlə yanaşı C vitamini damarların sağlamlığı üçün ən vacib olan vitamindir. C vitamini damarları möhkəmləndirir, onların elastikliyini artırır. Bu isə ürək-damar sisteminin sağlamlığı üçün ən vacib amillərdən biridir. P vitamini (rutin) isə kapilyarların divarlarını möhkəmləndirir, damarların keçiciliyini zaldır, damarlarda sklerotik dəyişikliklərin qarşısını alır, damarları genişləndirir, təzyiqi normallaşdırır, qan dövranını yaxşılaşdırır, varikoz xəstəliyinin inkişafının qarşısını alır. P vitamini C vitamininin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır. Beləliklə, bu 2 vacib vitaminə görə tərxunu ürək-damar sistemi üçün ən faydalı məhsullardan biri hesab etmək olar. (Sağlamolun.az)