Sosial şəbəkədə biz:

İngiltərə klubu Messinin transferi üçün 400 milyon avro ödəməyə hazırdır

08 October 2017, 21:14
Gündəm
İngiltərənin “Mançester Siti” klubu "Barselona"nın futbolçusu Lionel Messinin transferi üçün rekord məbləğ - 400 milyon avro ödəməyə hazırdır. APA-nın məlumatına görə, bu barədə İspaniyanın “As” qəzeti yazıb. Bildirilir ki, İngiltərə klubu mümkün transferlə bağlı bütün müvafiq sənədləri hazırlayıb. Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ilin yayında bitir. Qeyd edək ki, cari mövsümdə Argentina millisinin kapitanı “Barselona”nın heyətində 11 matçda 14 qol vurub.