Sosial şəbəkədə biz:

 Bakıda ilginc insident - polislərdən qaçan şəxs intihara cəhd göstərib

09 October 2017, 09:37
Gündəm
Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib. "Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib ki, polis əməkdaşları onu təqib edib. Buna görədə intihara cəhd göstərib. Suraxanı Rayon Polis İdarəsindən "Report"a bildirilib ki, S. Məhərrəmovun intihara cəhd etməsinin dəqiq səbəbləri araşdırılır.