Sosial şəbəkədə biz:

Qəbiristanlıqdakı qalmaqallı foto ilə bağlı- Açıqlama

Teleaparıcı Sərxan Kərimoğlunun qəbiristanlıqda paylaşdığı selfi günlərdi sosial şəbədəkə müzakirə mövzusuna çevrilib. Teleaparıcının bu addımı şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Qafqazinfo”nun məlumatına görə, sözügedən fotoya aydınlıq gətirən  Sərxanoğlu fotonun serial çəkilişi zamanı çəkildiyini bildirib: “Hazırda Azərbaycanda olmadığım üçün mənimlə əlaqə saxlaya bilməyən KİV nümayəndələrinə demək istəyirəm ki, həmin şəkil “Gülüm” serialının çəkilişi zamanı çəkilib və fonda gördükləriniz kütləvi səhnə adamları və aktyorlardır. O, serialın bir səhnəsində rəhmətə gedən qəhrəmanlardan birinin məzarıdır. O yalançı məzardır, içində nə ölü, nə də qəbir əzabı var. Mən o qədər dar düşüncəli deyiləm ki, qəbiristanlıqda qəbirlə selfi çəkdirim”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol