Sosial şəbəkədə biz:

Bakıda özünüyandırma hadisələri davam edir

29 August 2015, 16:04
Gündəm
Bakının Nəsimi rayonunda intihara cəhd olub. 1966-cı il təvəllüdlü Zivər İslam qızı İsmayılova üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə dünən saat 15:35-də Cəlil Məmmədquluzadə küçəsində baş verib. Nəsimi Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, intihar cəhdinin qarşısı yaxınlıqdakı adamların müdaxiləsi ilə alınıb. Onlar qadının özünü yandırıb öldürməsinə imkan verməyiblər. Polis intihara cəhd faktı üzrə təhqiqatlara başlayıb.