Sosial şəbəkədə biz:

Prokuror Əfqan Muxtarılı ilə bağlı vəsatət verdi – Açıqlama

11 October 2017, 21:56
Gündəm
Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatəti Nəsimi rayon Məhkəməsinə təqdim edilib. Bu barədə Teleqraf.com-a Əfqan Muxtarlının vəkili Elçın Sadıqov bildirib. O, qeyd edib ki, vəsatət müzakirə edilməsi üçün hakim Babək Pəanhovun icraatına verilib. Vəsatətə oktyabrın 12-də baxılacaq. İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun həbs müddəti daha 2 ay uzadılıb.