Sosial şəbəkədə biz:

Noyabrda Astara-Astara dəmir yolu ilə yük qatarları hərəkətə başlayacaq

12 October 2017, 11:29
Gündəm
Bu ilin noyabr ayında Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttində yük qatarlarının hərəkətə başlaması nəzərdə tutulub. Bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. "Regionda daha bir önəmli beynəlxalq layihələr Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləridir. Hazırda "İran Dəmir Yolları" ilə Astara-Astara dəmir yolunun inşası reallaşdırılır. Burada işlərin yaxın vaxtlarda bitməsi planlaşdırılır. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb. Astara çayı üzərindən dəmir yolu körpüsü hazırdır", - deyə C.Qurbanov qeyd edib.