Sosial şəbəkədə biz:

Aydınlar Ocağı Humanitar ictimai birliyi seminarlara yekun vurdu

16 October 2017, 00:52
Gündəm
Aydınlar Ocağı Humanitar ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Məktəblilərin ictimai fəallığının artırılmasında vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində Ağcabədi, Laçın, Ağdam və Bərdə rayonlarında keçirdiyi seminarlara yekun vurdu. Keçirilən seminarlarda Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən, qeyri-hökumət təşkilatlarının bu istiqamətdəki rolundan bəhs edildi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, 2008-ci ildə isə imzaladığı Sərəncamla Şuranın ilk tərkibinin formalaşdırılmasının vətəndaş cəmiyyətinin inkişafında, qeyri-hökumət təşkilatlarının fəaliyyətində yeni bir dövrün başlanmasının təməlinin qoyulduğu bildirildi. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun vətəndaş cəmiyyətinin inkişafında özünəməxsus yer tutduğunu, keçirilən beynəlxalq tədbirlərdə, olimpiadalarda, idman yarışlarında və s. könüllülük prinsipinin vətəndaş cəmiyyətinin inkişafına təkan verildiyi bildirildi. Məktəblilərin cəmiyyətimizin inkişafına yönəlmiş layihələrdə fəallıq göstərmələri, müstəqil dövlətimizin layiqli vətəndaşı kimi böyümələrində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək və onların həyata keçirdikləri layihələrdə iştiraklarının vacib olduğu qeyd edildi. Seminarlarda çıxış edən layihənin ekspertləri vətəndaş cəmiyyətinin – cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olub özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirdiyini qeyd etdilər. Vətəndaş cəmiyyətinin qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və başqa münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosiasiyaların birliyi olduğunu vurğuladılar. Vətəndaş cəmiyyətlərinin struktur elementlərinin Şəxsiyyət, ailə, məktəb, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar və siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik qurumlar, ictimai birliklər, və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil KİV-lər və s. ibarət olduğunu bildirdilər. Ağcabədi Pedaqoji Kollecinində, Taxta körpü qəsəbəsində yerləşən 1 saylı Laçın şəhər klubunda, Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta məktəbdə, Bərdə rayonunda isə 8 saylı tam orta məktəbində keçirilən seminarlarda qeyri-hökumət təşkilatları tərəfindən vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən layihələrin böyüməkdə olan nəslin inkişafına böyük təkan verildiyi vurğulandı. Seminarlarda ictimai fəallığın bütün təhsil ocaqlarında daha da inkişaf etdirilməsində vətəndaş cəmiyyəti institutları ilə müsbət əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu bildirdi. Seminarda digər çıxış edən natiqlər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində məktəblilərin rolunun artırılmasının vacib olduğunu bildirdilər. 4 rayonda keçirilən seminarlarda 400 nəfərdən artıq məktəblinin birbaşa iştirakı təmin edildi. Məktəblilərə dəftərxana ləvazimatları və marifləndirici materiallar paylanıldı.