Sosial şəbəkədə biz:

Kərkük tamamilə rəsmi Bağdadın əlinə keçdi

16 October 2017, 19:25
Gündəm
Oktyabrın 15-indən hərbi əməliyyata başlayan İraq ordusu peşmərgə qüvvələri ilə qarşıdurmadan sonra şəhərdə nəzarəti ələ keçirib. “Sky News Arabia” xəbər verir ki, İraqın baş naziri Heydər əl-Abadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağı qaldırılması təlimatını verib. Hazırda İraq ordusu Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yollarının nəzarətini ələ keçirməkdədir. İraq Kürq Regional Hökumətinin rəhbəri Məsud Bərzani peşmərgə qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb. Peşmərgə qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkilib.