Sosial şəbəkədə biz:

"Real Madrid", "Mançester Siti", "Beşiktaş"... - Bu gecə Çempionlar Liqası oyunları var

17 October 2017, 10:04
Gündəm
Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək. 4 qrupda oynanılacaq qarşılaşmalar arasında daha çox turnirin son qalibi İspaniya "Real Madrid"i ilə İngiltərə "Tottenhem"i arasındakı görüş diqqət mərkəzində olacaq. İlk 2 turdan sonra bu komandalar hərəyə 6 xalla H qrupunun ön pillələrindədirlər. Görüşdən qalib ayrılacaq klub 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək. İngiltərənin "Mançester Siti" və Türkiyənin "Beşiktaş" klubları da itkisiz irəliləyir. F qrupundakı "Mançester Siti" hələlik 3 xalı olan İtaliya "Napoli"sini qəbul edəcəksə, G qrupundakı "Beşiktaş" cəmi 1 xala malik "Monako"nun qonağı olacaq. E qrupu "Spartak" (Moskva, Rusiya) - "Sevilya" (İspaniya) "Maribor" (Sloveniya) - "Liverpul" (İngiltərə) Xal durumu: "Sevilya" - 4, "Liverpul" - 2, "Spartak" - 2, "Maribor" - 1. F qrupu "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) "Feyenoord" (Hollandiya) - "Şaxtyor" (Ukrayna) Xal durumu: "Mançester Siti" - 6, "Şaxtyor" - 3, "Napoli" - 3, "Feyenoord" - 0. G qrupu "Monako" (Fransa) - "Beşiktaş" (Türkiyə) "Leyptsiq" (Almaniya) - "Portu" (Portuqaliya) Xal durumu: "Beşiktaş" - 6, "Portu" - 3, "Monako" - 1, "Leyptsiq" - 1. H qrupu "Real Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə) APOEL (Kipr) - "Borussiya" (Dortmund, Almaniya) Xal durumu: "Real Madrid" - 6, "Tottenhem" - 6, "Borussiya" - 0, APOEL - 0. Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Report.az