Sosial şəbəkədə biz:

6 ayda 32 nəfər valideynlik hüququndan məhrum edilib

17 October 2017, 21:16
Gündəm
Bu ilin 6 ayı ərzində Azərbaycanda I instansiya məhkəməsində Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 66 mülki işə baxılıb. Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 32-nin iddiası təmin edilib. Həmçinin, I instansiya məhkəməsində valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 46 mülki işə baxılıb. Onlardan isə 41-nin iddiası təmin edilib. Qeyd edək ki, ötən il Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 123, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı isə 86 mülki işə baxılıb.