Almaniyada müsəlmanlar üçün əlavə tətil günü yaradıla bilər
Almaniya Katolikləri Mərkəzinin komitə sədri Tomas Sternberq ölkəsində müsəlmanların daha sıx yaşadığı ərazilərdə onlar üçün əlavə tətil günü yaratmaq istədiklərini bildirib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, T.Sternber bu qərarın müsəlmanlara göstərilən diqqətin nümunəsi olduğunu deyib.
Həmçinin Almaniyanın daxili işlər naziri Tomas de Maizere də bu yaxınlarda müsəlmanlar üçün əlavə tətil gününün yaradılması təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, hazırda Almaniyada 4,4 milyon müsəlman yaşayır.