Sosial şəbəkədə biz:

Bakıda qanlı cinayət: əmisi oğlunu öldürdü

19 October 2017, 12:14
Gündəm
Bakıda qətl törədilib. Lent.az xəbər verir ki, Xəzər rayonu Türkan qəsəbəsində Şəki rayon sakini, 1981-ci il təvəllüdlü İsgəndərov Rəşad Aslan oğlu əmisi oğlu, 1988-ci ildə anadan olmuş İsgəndərov Pərviz Məzahir oğlunu bıçaqlayaraq öldürüb. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Əmisi oğlunu öldürən R.İsgəndərov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.